Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 07:12
İngilis boksçu Billi Co Saunders kişilərin qadınları necə döyə biləcəyi haqda video çəkərək yayımlayıb.
Sonxeber.net xəbər verir ki, boksçu Co yayımladığı videodan sonra ingiltərəlilər tərəfindən qınaq atəşinə tutulub. Videodan sonra İngiltərə Boks sözcüsü Conun çəkdiyi vodeonu sərt şəkildə tənqid edərək, lisenziyasını əlindən alıb. Sözcü bununla bağlı açıqlama verərək, ''Boksçunun sosial mediada yayımladığı videonu nəzərə alaraq, Conun lisenziyasını ləğv edirik'' sözlərini deyib. Məşhur boksçu isə çəkdiyi videonun yanlış hərəkət olduğunu və insanları ailə daxili şiddətə səsləmədiyini bildirib. (ölkə.az)