Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da koronavirusa yoluxanların sayı 276 minə çatıb.

ABŞ-da koronavirusa yoluxanların sayı 276 minə çatıb.

Tarix: 4 Aprel 2020 05:52

Bakı. Trend:

ABŞ-da koronavirus qurbanlarının sayı 7 406 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın yerli və federal orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti xəbər yayıb.

Ümumilikdə ölkədə 276 min yeni növ koronavirusa yoluxma halı qeydə alinib, 9772 nəfər sağalıb.

ABŞ koronavirusa yoluxanların sayına görə dünyada birinci yeri tutur. Ölkə artıq iki dəfə müvafiq olaraq ikinci və üçüncü yerlərdəki İtaliya və İspaniyanı qabağlayıb. Nyu-York ştatı və eyni adlı şəhər koronavirusun yayılma ocağı kimi tanınıb, meqapolisdə yoluxanların sayı ölkədə bütün halların təxminən 20 faizini təşkil edir.


Etiketlər:  ABŞ da koronavirusa yoluxanların sayı 276 minə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ