Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 13:50
Almaniyanın 13 klubu bu mövsüm koronavirus pandemiyasına görə müflis ola bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ikinci budesliqanın 12 klubu öz öhdəliyini yerinə yetirinə bilmədiyinə görə artıq teleyayım gəlirindən imtina edib. Əgər mövsüm bərpa olunmasa, ikinci divizionunun 7 klubu aprel, 4 klubu may, 1 klubu iyunda muflis olacaq. Belə təhlükə ilə üzləşənlər arasında birinci Bundesliqanın 1 klubu da var.
Qeyd edək ki, 12 klub teleyayımdan alacağı pula görə kredit götürüblər və indi pulun qaytarılmasında problem yaranacağı gözlənilir.