Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 15:08
Bakı. Trend:
Fransanın Roman-sür-İzer şəhərində naməlum şəxs bıçaqla sakinlərə hücum edib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Hücum şəhərin mərkəzi hissəsində, vağzalın yaxınlığında qeydə alınıb. Hücum edən şəxs saxlanılıb.
Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.