Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səs analizi ilə koronavirus testi edən sayt

Səs analizi ilə koronavirus testi edən sayt

Tarix: 4 Aprel 2020 23:51

Karnegi Mellon Universiteti və digər təşkilatların bir qrup araşdırmaçısı, yalnız səsinizi analiz edərək koronavirusa tutulub tutulmadığınızı təyin edə biləcəkləri sayt hazırladı.

Karnegi Mellon Universitetindən layihədə işləyən tələbə Benjamin Striner bu barədə belə deyib: "Edə biləcəyiniz ən ucuz və ən sürətli diaqnoz üçün çox rəqabət var". Striner, tətbiqin virusun yayılmasını izləmək üçün qiymətli bir vasitə ola biləcəyinə inanır.

Koronavirus səs detektorunu istifadə edərək infeksiya əlamətləri mövzusunda öz səsinizi analiz edə bilərsiniz, ancaq sayt, ABŞ Qida və Dərman Dairəsi və ABŞ Xəstəlik İdarə və Qorunma Mərkəzləri tərəfindən təsdiqlənmədi. Striner, saytın diaqnoz baxımından əsla test diaqnozu ilə edilən test qədər doğru olmayacağını söyləyərək digər tərəfdən milyonlarla insanın təqibini asanlıqla təmin edəcəyini ifadə etdi.

Bir smartfonunuz və ya mikrofonlu bir kompyuteriniz varsa tətbiqi istifadə etmək olduqca sadədir. İstifadəçilərdən bir neçə dəfə öskürməsi və əlifbanı oxuması istənilir. Daha sonra alqoritm, koronavirusa tutulub tutulmadığınıza dair bir bal verir.

Layihədə, Karnegi Mellon Universitetinin kompyuter elmi üzrə professor Rita Sinkx psixoloji, fizioloji və hətta tibbi məlumatları ortaya çıxardığına inandığı insan səsindəki mikro imzaları təyin edən alqoritmlər yaratdı.

Rita Sinkx bu barədə belə deyib: "Koronavirus xəstələrinin öskürəyi çox diqqətə çarpandır. Ağciyərlərə o qədər pis təsir edir ki, tənəffüs və digər bir çox həyati parametr təsirlənir və bunların səsli olaraq çox güclü işarələri var".


Etiketlər:  Səs analizi ilə koronavirus testi edən sayt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ