Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini keçdi

ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini keçdi

Tarix: 5 Aprel 2020 01:04

Bakı. Trend:

ABŞ-da yeni koronavirus ilə yoluxma hallarının sayı 300 mini keçdi.

Trend xəbər verir ki, bu məlumatlar şənbə günü federal və yerli hakimiyyət orqanlarının informasiyası əsasında hesablamalar aparan Con Hopkins Universiteti tərəfindən yayımlanıb.

Məlumata əsasən, ABŞ-da virusa yoluxanların sayı 300 915 nəfər təşkil edir. Ölənlərin sayı 7 826 nəfərdən 8.162 nəfərə qədər yüksəlib.

Sağalanların sayı 9 853 nəfərdən 14 459 nəfərə qədər yüksəlib.


Etiketlər:  ABŞ koronavirusa yoluxanların sayı mini keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ