Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konte "İnter"də

Konte

Tarix: 30 May 2019 17:24

"İnter"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Antonio Konte təyin edilib. Klub rəhbərliyi dünən 49 yaşlı mütəxəssislə görüşüb və müqavilənin son detallarını müzakirə edib.  Konte ilə 3 illik müqavilə imzalanıb. Onun yeni klubunda ilinə 9 milyon avro qazanacağı bildirilib.

"İnter"in bu keçidi yaxın saatlarda rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, A seriyası təmsilçisi bu gün baş məşqçisi Luçano Spalettini istefaya göndərib.

 


Etiketlər:  Konte İnterdə


RƏYLƏR