Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırıb - YENİLƏNİB

Şəmkirdə kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırıb - YENİLƏNİB

Tarix: 7 Aprel 2020 07:22

Şəmkirdə kişinin həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırmasının bəzi təfərrüatları məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadasl ilə Bakı şəhərində gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

***

02:38

Şəmkirdə 4 nəfər yanıq xəsarətləri alıb.

Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı, 1988-ci il təvəllüdlü Vəliyev Əkbər Vəli oğlu, 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahid qızı və 2016-cı il təvəllüdlü Vəliyeva Banu Əkbər qızı yanıq xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara lazımi tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəni ev sahibi Vəli Vəliyev ailə münaqişəsi zamanı törədib. V.Vəliyev ailəsi ilə mübahisə etdikdən sonra benzin tökərək onları yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Şəmkirdə kişi həyat yoldaşını oğlunu gəlinini nəvəsini yandırıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ