Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 16:42
Azərbaycan neftini Belarusun Mozır neft emalı zavodu üçün daşıyan növbəti tankerin aprelin 11-də Odessa limanına çatması gözlənilir.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə "Belneftexim" konserninin mətbuat katibi Aleksandr Tişşenko deyib.
O bildirib ki, bu tankerdə 85 min tona yaxın neft daşınır.
A.Tişşenko əlavə edib ki, digər tədarüklər də həyata keçirilə bilər, amma bu, ilk növbədə bazarın dinamikasından asılı olacaq.
Xatırladaq ki, SOCAR aprelin 8-də növbəti neft partiyasını Belarusa yola salmışdı. İlk neft tədarükü martın 5-6-da yola salınmışdı.