Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 15:10
Müğənni Roza Zərgərli bir ay əvvəl etdirdiyi əməliyyatından danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" verilişinə qonaq olan sənətçi etiraflar edib. Zərgərli bildirib ki, ombasındakı problemin anadangəlmə olduğunu öyrənib:
"Mayın sonunda omba protezi etdircəkdim. Bunun üçün İsraildə klinika danışıb, ödənişin bir hissəsini də göndərmişdim. 10 ildən çoxdur ayağımda problem var. Sonra məlum oldu ki, bu anadangəlmə bir problem imiş: omba sümüyümün çıxıqlığı. 4 il yarımdır ki, 24 saat ağrıkəsici ilə yaşayırdım. Ona görə də ildə bir dəfə xaricə gedib orqanizmimə detoks etdirirdim ki, qaraciyərim, mədəm, ürəyim sıradan çıxmasın.
Son 4 aydır sinirlərim pozulmuşdu, canım çox ağrıyırdı. Gecələr yuxudan güclü ağrı ilə oyanıb, ağlayırdım. Təsadüfən burada həkimlə tanış oldum. Əməliyyatı Bakıda etdirmək qərarına gəldim. Buna görə iki dəfə plastik əməliyyat etdirdim, piy çəkdirdim. Bədənimdə piy yoxdur.
Novruz bayramı ərəfəsində "Bakı vaxtı ilə" verilişinin çəkilişində ağrılar tutdu, iynə vurdurdum keçdi və ağlamağa başladım. yanımdakılara dedim ki, mən sizin ağrı olmadan necə yaşadığınızı anladım. Əməliyyatdan sonra bir aydır ağrısız yaşayıram. Tam nəticə 6 aydan sonra bilinəcək".