Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 14:51
Bakı. Ləman Zeynalova - Trend:
“Amnesty International” təşkilatının idarə heyətinin 7 üzvündən 5-i təşkilatı tərk edəcək.
Trend-in məlumatına görə, həmin şəxslər oktyabr ayınadək vəzifələrini tərk etməlidir.
Qeyd olunur ki, bir müddət əvvəl “Amnesty International”da əmək şəraiti barədə məruzə hazırlanması qərara alınıb.
Buna səbəb təşkilatın iki əməkdaşının intihar etməsi, bir çox işçilərin isə rəhbərliklə münasibətlərdən şikayəti olub.
Ötən il təşkilatın Paris ofisində işləyən Qaetan Muto intihar edib və yazdığı məktubda bunun səbəbi kimi stres və həddən artıq yorğun olmasını göstərib.
Bir neçə həftə sonra isə Cenevrə ofisinin əməkdaşı Rozalind MakQreqor intihar edib. Onun yaxınları qadının işlə əlaqədar psixoloji gərginliyə məruz qaldığını bildirib.
Hesabatda o da qeyd olunub ki, işçilər menecerlərin dəfələrlə onları alçaltdığını bildirib. Təşkilat daxilində irqi və cinsi zəmində ayrı-seçkiliyin də olduğu deyilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin