Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş - Ağızdan bədənə keçir

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş - Ağızdan bədənə keçir

Tarix: 13 Aprel 2020 00:00

Hazırda dünyada geniş yayılmış diabet, xərçəng və demensiyanın bir ümumi səbəbi aşkarlanıb. Bu gözlənilməz kəşfi amerikalı alimlər qrupu tapıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu xəstəliklərin kökündə Porphyromonas gingivalis adlı bakteriya dayana bilər. Bu bakteriya ağız boşluğunda yaşayır, damaq, diş əti və diş dibi xəstəliklər yaradır, daha sonra orqanizmə keçərək, müxtəlif orqanlarda destruktiv iltihabi proseslərə səbəb olur.

Belə ki, bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb.

Daha çox diş ətində Gingivit adlanan xəstəliyi törədən və insanların çoxunun ciddi qəbul etmədiyi bu bakteriya oynaqlarda artrit yaradır, damarlarda ateroskleroza səbəb olur, eləcə də diabet xəstələrinin mədəaltı vəzisində özünə yer edir, müxtəlif şişlərin daxilində aşkarlanır, qaraciyəri də zədələyir.

Porphyromonas gingivalis Bakteriyasının müxtəlif xəstəliklər yarada bilməsi siçanlar üzərində təcrübədə sübut olunub.

Normada siçanlar bu bakteriyaya yoluxmur və daşıyıcısı deyil. Amma laboratoriya siçanlarına süni yolla bu bakteriyalar köçürüldükdən sonra, onlarda diş damaq iltihabı, daha sonra revmatizm, artrit, diabet, piylənmə, qaraciyər xəstəlikləri və Alsgeymer yarandı.

Porphyromonas gingivalisqanın hüceyrələrinə keçərək, qan dövranı ilə orqanizm daxilində bir yerdən digərinə keçir. Bu bakteriyanı antibiotiklərlə məhv etmək mümkün deyil. Amma məlumdur ki, yeni doğulmuşlarda bu bakteriya olmur, təqribən 8 yaşından sonra ağız boşluğunda yaranır. Ona görə, bu bakteriyaya qarşı peyvənd olması insanları qoruya bilər.

Hazırda belə bir peyvəndin insanlar üzərində kliniki sınaqlarına hazırlaşırlar.


Etiketlər:  Xərçəng diabet demensiyanın səbəbkarı bakteriya imiş Ağızdan bədənə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ