Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 11:24
Silisium əsasında yarımkeçiricilərin hazırlanma texnologiyası artıq öz imkanları hüduduna çatıb. Texnoloji prosesin sonrakı kiçilməsi elektronlar tərəfindən ayrılan istiliklə məhdudlaşır. Niderlanddan olan tədqiqatçılar bu çatışmazlıqdan məhrum olan ucuz alternativ tapmaq üçün çoxsaylı cəhdlərdən sonra elektronların əvəzinə işıq fotonlarından istifadə edən silisium ərinti hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, elektronlardan fərqli olaraq fotonlar çəkiyə malik deyil, deməli, müqavimət göstərmir və istilik ayrılmır. Bu, mikrosxem daxilində məlumat mübadiləsinin sürətinin 1000 dəfəyədək artmasına səbəb olacaq, həmçinin enerji istehlakını xeyli azaldacaq.
Keçirilmiş sınaqlar yeni silisium ərintisinin effektiv işıq saçdığını təsdiq edib.
Emil Hüseynov