Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya süni intellekt xərclərini artıracaq - HESABAT

Pandemiya süni intellekt xərclərini artıracaq - HESABAT

Tarix: 14 Aprel 2020 21:44

"COVID-19" pandemiyasından öncə IDC analitik şirkətinin mütəxəssisləri Avropada süni intellekt xərclərinin artaraq bu il 10 milyard dollara çatacağını, 2023-cü ildə isə sözügedən sahənin orta artım tempinin 33% böyüyəcəyini proqnoz etmişdilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, pandemiya mütəxəssislərə hesabatlarına yenidən baxmağa vadar edib.

Onların fikrincə, süni intellektə xərclənəcək məbləğ gözləniləndən daha çox olacaq: "COVID-19" pandemiyasının yayılması süni intellektin nə dərəcədə əhəmiyyətli rola malik olduğunu bir daha göstərdi. Dövlət sektorunun bütün sahələrində süni intellektin inkişafına daha çox önəm veriləcək. Xüsusilə də səhiyyə sektorunda sözügedən sahəyə xüsusi diqqət yetiriləcək".

IDC mütəxəssisləri "COVID-19"un Avropanın 181 şirkətinə mümkün təsirlərini də araşdırıb. Onların əldə etdiyi nəticələrə əsasən, şirkətlərin 16%-ində hesab edilir ki, süni intellektin köməyilə avtomatlaşdırma koronavirus təsirini azaldır.


Etiketlər:  Pandemiya süni intellekt xərclərini artıracaq HESABAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ