Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 07:32
Barmaq izləri skaneri smartfon istehsalçıları və istifadəçiləri arasında ən populyar biometrik autentifikasiya üsullarından biridir. Lakin "Talos Security Group" (TSG) şirkətinin bəyanatına görə, bu, ən təhlükəsiz üsul deyil. Bu yaxınlarda keçirilmiş sınağın nəticəsinə görə, mütəxəssislər bazardakı qurğuların 80%-də reallaşdırılmış müdafiəni aşağı qiymətləndiriblər. Onlar datçiklərin əksəriyyətini gözləniləndən daha asan şəkildə aldatmağa nail olublar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Talos Security Group" şirkətinin nümayəndələri "Apple", "Samsung", "Microsoft" və başqa şirkətlərin cihazlarında quraşdırılmış skanerlərin işləmə alqoritmini öyrəniblər. Qurğuları blokdan çıxartmaq üçün saxta barmaq izindən istifadə olunub. Buna baxmayaraq 80% halda müdafiəni keçmək mümkün olub. Ən zəif qurğular arasında "Apple iPhone 8", "MacBook Pro" (2018) və "Samsung Galaxy S10" cihazları yer alıblar. Sensorun işləmə məntiqi barmaq izinin görüntüsünün proqnozuna əsaslandığından 90% halda müdaxilə uğurlu olub.
"Talos Security Group" mütəxəssislərinin gəldiyi nəticə heç də ürəkaçan deyil. Onların sözlərinə görə, ən geniş yayılmış autentifikasiya tipini təhlükəsiz adlandırmaq olmaz. Alternativ kimi ekranın blokdan çıxarılması üçün Pin-koddan istifadəni tövsiyə ediblər.