Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 14:30
Martın 14-ündən evdəyəm. Heç eyvana da çıxmamışam.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişində deyib.
O, karantin günlərini necə keçirməsi barədə sualları cavablandırıb:
"Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı kəşf etdim ki, auditoriya yoxdursa, heç başımı da daramıram. Xəbər gəldi ki, efirə çıxacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm. Anlayanda ki, çıxış yolu yoxdur situasiyaya uyğun hərəkət edirəm. Kitablar oxuyuram. Tərcümə etdiyim bir əsər var idi, yarımçıq qalmışdı. Onu tamamlamağa çalışıram. Kinolarım, seriallarım var. Onlara baxıb ağlayıram, sevinirəm. Evdə ən böyük əyləncə yeməkdir. Koronavirusdan "korona" olaraq çıxmaq istəmirəm. İdman edirəm. Karantinlə bağlı maraqlı "stand up" hazırlayıram".