Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana yük gətirən Ukrayna vətəndaşı Qazaxda öldü

Azərbaycana yük gətirən Ukrayna vətəndaşı Qazaxda öldü

Tarix: 16 Aprel 2020 15:40

Azərbaycana gələn xarici ölkə vətəndaşı yolda dünyasını dəyişib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə Qazax rayonu ərazisində baş verib.

Ukraynadan Gürcüstan vasitəsilə Azərbaycana gələn Ukrayna vətəndaşı Andrey Plaksa idarə etdiyi yük avtomobili (TIR) ilə "Qırmızı körpü" sərhəd-keçid məntəqəsindən keçərək Qazax rayonunun II Şıxlı kəndi ərazisindəki dayanacaqda maşını saxlayıb.

Bir neçə saatdan sonra Andrey Plaksanın meyiti onunla birlikdə Ukraynadan gələn iş yoldaşı Aleksey Horbunov tərəfindən həmin yük avtomobilinin kabinəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Azərbaycana yük gətirən Ukrayna vətəndaşı Qazaxda öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ