Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 17:48
Bakı. Trend:
Türkiyədə koronavirus epidemiyasının yayılması ilə əlaqədar 31 vilayətdə həftə sonları komendant saatı elan edilib.
Trend-in məlumatına görə, qərar Daxili İşlər Nazirliyi tərəfindən verilib.
Qərara əsasən, aprelin 17-də saat 00:00-dan aprelin 20-i saat 00:00-dək 31 vilayət ərazisində evdən çıxmaq qadağan ediləcək.
Bu müddət ərzində yalnız çörək, ərzaq mağazaları, apteklər və tibb müəssisələri açıq olacaq.
Poçt, kütləvi informasiya vasitələri kimi qurumlar işini davam etdirəcək.
Qeyd edək ki, bu günədək Türkiyədə 69 mindən çox şəxs koronavirusa yoluxub, 1 518 nəfər həyatını itirib.