Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 22:16
Generated Photos əslində süni intellektdən istifadə edərək ticari olaraq istifadə etməyə imkan verən üzlər yaradır.
Generated Photos bu vasitələrdən biridir. Platforma süni intellektdən istifadəsilə üzlər yaradır və onların kommersiya məqsədli istifadəsinə imkan verir. Qeyd edək ki, fotolardakı üzləri reallıqdan ayırmaq demək olar ki, mümkün deyil.
2 milyona yaxın üz fotoları
Təxminən 2 milyon hazır üzü olan Generated Photos şəffaf arxa fonda üzləri istifadəçiyə təqdim edir. Ayrıca soldakı paneldən isə istədiyiniz rəngdə bir fon yarada bilərsiniz. Beləliklə, süni intellektin yaratdığı şəkillərdən təqdimatlardan veb saytlara və mobil tətbiqetmələrə qədər hər sahədə dizayn elementləri kimi istifadə etmək mümkündür.
Fərqli ödəmə seçimləri
Şəxsi istifadə üçün fotoşəkillərə ehtiyacınız varsa, keyfiyyətləri aşağı şəkilləri pulsuz yükləyə bilərsiniz. Üstəlik, bu fotoşəkillərin mənbəyini göstərməlisiniz. İlk günlərdə tamamilə pulsuz olan platforma, vizualların artması üçün ödəniş tələb edir. Google hesabınızla platformaya abunə ola bilərsiniz.
Korporativ istifadə üçün tək bir şəkil yükləmək istəyirsinizsə, sizdən $2.99 istənilir. $8.97 dollar ödəsəniz, həmin foto platformadan silinir və siz onu istifadə edən yeganə insan olacaqsınız. Yaradılmış şəkillərə ayda $29 ödəməklə Pro üzvü ola bilərsiniz. Bu yolla, istədiyiniz şəkli yükləyə və istədiyiniz kimi istifadə edə bilərsiniz.