Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 07:32
Bakı. Trend:
Koronavirus pandemiyası səbəbi ilə təxirə salınan Avstriya futbol çempionatının oyunları may ayının ortalarında yenidən başlaya bilər.
Trend-in məlumatına görə, bu barədə Avstriya futbol liqasının idarə heyətinin sədri Kristian Ebenbauer telekonfrans zamanı bildirib.
"Fikrimcə, mayın ortalarında oyunlara yenidən başlamağımız mümkündür", - Ebenbauer deyib.
Onun sözlərinə görə, çempionat oyunları tamaşaçısız keçiriləcək. Stadionda futbolçular, məşqçilər heyəti, hakimlər, jurnalistlər də daxil olmaqla minimum sayda insan iştirak edə bilər.
Aprelin 15-də Avstriya vitse-kansleri və idman naziri Verner Koqler mayın 1-dən etibarən müəyyən təmassız idman növləri ilə məşğul olmasına icazə veriləcəyini açıqlayıb. Eyni zamanda, futbol klubları gələn həftə Səhiyyə Nazirliyi tərəfindən müvafiq fərman verildikdən sonra kiçik qruplarda məşqlərə başlaya biləcəklər. Ölkədə bu növ idman təlimləri üçün ehtimal olunan başlanğıc tarix 21 aprel göstərilir.