Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: ABŞ-da koronavirusdan ölənlərin sayı 60-65 min olacaq

Tramp: ABŞ-da koronavirusdan ölənlərin sayı 60-65 min olacaq

Tarix: 18 Aprel 2020 07:08

Bakı. Trend:

ABŞ-da yeni koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayının təxminən 60-65 min nəfər olacağı ehtimal edilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün keçirilmiş brifinqdə bildirib.

D.Tramp qeyd edib ki, 2 2 milyon insan ABŞ-da yeni koronavirusdan ölə bilərdi:

"Minimum, əgər heç bir şey etməsəydik, 1,6 milyon insan təşkil edərdi. Ancaq biz çox yaxşı bir iş gördük".

ABŞ prezidentinin fikrincə, ölkədə 100 min (ölüdən) xeyli aşağı göstərici olacaq:

"Hesab edirəm ki, indi biz 60, bəlkə 65 min [ölü] səviyyəsinə keçirik".


Etiketlər:  Tramp ABŞ koronavirusdan ölənlərin sayı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ