Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2020 08:52
"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir. Dövlət və ya özəl təşkilatlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icaze.e-gov.az saytı vasitəsilə qeydiyyata alınırlar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hazırda vətəndaşları ən çox maraqlandıran suallardan biri hansı müqavilə əsasında işləyənlər üçün icazənin mümkünlüyü məsələsidir.
Qeyd edək ki, icaze.e-gov.az portalında məlumatlar təsdiqləndikdən sonra onun dəyişdirilməsi və ya ləğv edilməsi mümkün deyil. Məlumatlar tərəfinizdən hələ təsdiqlənməyibsə, "İcazələr" bölməsində əks olunan "Redaktə" və "Sil" düymələrinin köməkliyi ilə dəyişiklik, eləcə də ləğv mümkündür.
Bunun üçün "Əməkdaş barədə məlumat" bölməsində yerləşən "Müqavilənin forması" hissəsindən "Xidməti müqavilə" seçmək kifayətdir.
Xatırladaq ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.