Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbaxça''dan ''Atletiko''ya - 14 milyonluq transfer

''Fənərbaxça''dan ''Atletiko''ya - 14 milyonluq transfer

Tarix: 2 Iyun 2019 12:40

"Fənərbaxça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını İspaniyada davam etdirəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Atletiko" makedoniyalı futbolçunun transferi ilə bağlı "Fənərbaxça" ilə razılığa gəlib. Anlaşmaya görə, Madrid təmsilçisi 19 yaşlı futbolçu üçün türklərə 14 milyon avro təzminat ödəyəcək. Rəsmi açıqlamanın qarşıdakı həftə veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Mançester Siti", "Tottenhem", "İnter" və "Napoli"nin də yaxından maraqlandığı futbolçu "Fənərbaxça"ya 2017-ci ilin yayında "Rabotniçki"dən keçmişdi.
 


Etiketlər:  Fənərbaxçadan Atletikoya milyonluq transfer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ