Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 22:24
Bakı. Trend:
Türkiyənin 31 əyalətində koronavirus pandemiyası səbəbilə komendant saatının tətbiq edilməsi planlaşdırılır.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: "Biz aprelin 23-dən 26-dək 31 əyalətdə komendant saatı tətbiq etməyi planlaşdırırıq".
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusa yoluxanların sayı 90 980 nəfər, koronavirusdan ölənlərin sayı isə 2140 nəfərə çatıb.