Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beşiktaş'' da məşqlərə başladı

''Beşiktaş'' da məşqlərə başladı

Tarix: 21 Aprel 2020 19:50

Türkiyənin"Beşiktaş" klubu məşqləri bərpa edib.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, ötən gün komandanın 5 futbolçusu "Nevzat Demir" bazasında məşq edib. Bunlar Burak Yılmaz, Domoqoy Vida, Adem Lyayiç, Umut Nayır və Utku Yuvakurandır.

Bugünkü məşqdə isə Gökhan Gönül, Caner Erkin, Güven Yalçın, Necip Uysal, Tayler Boyd, Atiba Hatçinson və gənc qapıçı Ersin Destanoğlu iştirak edib.

Bununla da, "Beşiktaş" koronavirus pandemiyasının yayılmasından sonra məşqləri bərpa edən ilk klub olub.

Aprelin 23-dən 26-na qədər Türkiyədə komendant saatı tətbiq olunacağından "Beşiktaş"ın futbolçuları məcburiyyətdən məşqləri evdə davam etdirəcəklər.

 


Etiketlər:  Beşiktaş məşqlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ