Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA mütəxəssisləri ''Curiosity''ni evdən idarə edirlər

NASA mütəxəssisləri ''Curiosity''ni evdən idarə edirlər

Tarix: 21 Aprel 2020 23:40

Koronavirus pandemiyasına görə hər gün evdən işləyən mütəxəssislərin sayı artır. Tarixə nəzər salsaq, altı ay əvvəl NASA mütəxəssislərinin "Curiosity"ni məsafədən, daha doğrusu evlərindən idarə edəcəkləri heç kimin ağlına gəlmirdi.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, NASA-nın rəsmi saytında yayılan məlumata görə, müəssisənin mütəxəssisləri məsafədən iş rejiminə keçiblər.

Təxminən 20 nəfərdən ibarət qrup yuxarıda qeyd olunan sistemin idarəsinə cavabdeh olaraq təyin olunub və evdən iş rejiminə keçiblər. Komanda üzvləri iş üçün lazım olan bütün avadanlıqlarla təchiz olunublar.

Lakin bəzi avadanlıqlar daha sadə cihazlarla əvəz olunub. Məsələn, innovativ 3D eynəklər əvəzinə mütəxəssislər adi qırmızı-mavi 3D eynəklərdən istifadə edirlər.


Etiketlər:  NASA mütəxəssisləri Curiosityni evdən idarə edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ