Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtobus və taksi ilə sərnişindaşımaya görə vergilər azaldılır

Avtobus və taksi ilə sərnişindaşımaya görə vergilər azaldılır

Tarix: 22 Aprel 2020 11:56

Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.

Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə isə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

İctimai iaşə sektoru üzrə vergi dərəcəsi 8 faizdən 4 faizə endirilir. Sərnişindaşımada (taksi istisna) hər oturacağa görə vergi məbləği 1,8 AZN-dən 0,9 AZN-ə endirilir. Həmçinin taksi ilə sərnişindaşıma üzrə hər nəqliyyat vasitəsi üçün vergi məbləği 9 AZN-dən 4,5 AZN-ə endirilir.


Etiketlər:  Avtobus taksi ilə sərnişindaşımaya görə vergilər azaldılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ