Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 08:12
ABŞ Federal Təhqiqatlar Bürosu direktoru köməkçisinin müavini Tonya Uqorets koronavirus infeksiyasının (COVID-19) tədqiqi ilə məşğul olan elmi mərkəzlərə kiberhücumların sayının artmasını açıqlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "The New York Times" nəşrinin məlumatına görə, cinayətkarlar xarici dövlət orqanlarının adı altında fəaliyyət göstərir.
"Tərəfimizdən xüsusilə koronavirus infeksiyasının tədqiqi sahəsində tədqiqatlar üzərində çalışan bir sıra müəssisələrə qarşı kəşfiyyat fəaliyyəti və müdaxilələr qeydə alınıb", - o qeyd edib.
Büro nümayəndəsinin sözlərinə görə, xarici dövlətlər tərəfindən dəstəklənən kibercinayətkarlar əvvəllər də bioəczaçılıq sənayesini hədəfə alıblar. Lakin koronavirus pandemiyası başladıqdan sonra hücumların sayında artım müşahidə olunur.
Hücumlara görə məsuliyyət daşıyan ölkələrin və zərərçəkən şirkətlərin adı açıqlanmır.