Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 21:48
İstifadə etdiyimiz mobil nömrənin kimin adına olduğunu bir neçə saniyədə tapmaq mümkündür. Bəs bunun üçün nə etmək lazımdır?
Sonxeber.net ted.az-a istinadən mobil nömrənin öz adımıza və ya başqasının adına olduğunu müəyyən etməyin qaydalarını təqdim edir.
Azercell mobil operator istifadəçiləri sadəcə *680#yes qısa nömrəsini yığa və bir neçə saniyə müddətində istifadə etdikləri nömrə sahibinin rəsmi adını öyrənə bilərlər.
Bakcell mobil operator abunəçiləri #*540#yes qısa nömrəsini yığmaqla, Nar mobil operator istifadəçiləri isə *575#yes qısa nömrəsini yığmaqla istifadə etdikləri nömrənin rəsmi sahibinin adını öyrənə bilərlər.
Qeyd edək ki, hər üç mobil operator şirkətində xidmət haqqı ödənişsizdir.