Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 23:06
Bütün ölkələr, koronavirus epidemiyasına qarşı müxtəlif tədbirlər görür. Bəs epidemiyadan sonra nələr olacaq? Təyyarə kreslolarının dəyişməsini göstərən bir konsept, bu suala hava yolu tərəfində cavab axtarır.
Səyahət məhdudiyyəti səbəbindən hava yolu nəqliyyatı böyük nisbətdə zərər çəkdi. İtalyanın dizayner şirkəti Avio Interiors, epidemiyadan sonra təyyarələrdə nələrin dəyişə biləcəyinə dair bir konsept yaratdı.
Avio Interiors, koronavirus epidemiyasından sonra təyyarə ilə səyahət edən sərnişin təhlükəsizliyi üçün iki təyyarə kreslosu dizaynı paylaşdı. Konsept, təyyarələrə gələcəkdəki uçuşlarda sərnişinləri bir-birindən təcrid etməyi təmin edən kreslolar təqdim edir. Epidemiyadan sonra görüləcək tədbirlər də ən azı epidemiya əsnasında görülən tədbirlər qədər əhəmiyyətlidir.
Şirkətin veb saytına görə "Glassafe" adı verilən ilk konsept, eyni sıradakı kresloları paylaşan sərnişin arasındakı qarşılıqlı təsiri daha etibarlı hala gətirmək üçün kresloları ayıran bölmələr təklif edir. Kreslonun hər iki tərəfini də bağlayan şəffaf bölmələr, sərnişinləri təcrid etmək məqsədi daşıyır.
Kreslolarda istifadə edilən şəffaf vasitələr sərnişinin bir-birləri ilə hava yolu ilə təmaslarını ən aşağı endirmək məqsədi daşısa da, ola biləcək bir qəza əsnasında təşkil edə biləcəyi risklərdən bəhs edilmir.