Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 20:26
Türkiyənin "Qalatasaray" klubunun niderlandlı futbolçusu Rayan Donkun ailə üzvü koronavirusdan dünyasını dəyişib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu nənəsinin koronavirus səbəbindən vəfat etdiyini açıqlayıb.
"Möhtəşəm nənəmiz vardı. Bu qorxunc xəstəlik onu bizdən çox erkən aldı, ancaq onun bizi hər zaman görəcəyini bilirəm. Yanımızda olmasan da, sonsuza qədər qəlbimizdə yaşayacaqsan. Səninlə həmişə fəxr edəcəyik", - deyə ulduz futbolçu bildirib.