Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMD FX-8350 prosessoru 8.1 Ghz-ə overclock edildi

AMD FX-8350 prosessoru 8.1 Ghz-ə overclock edildi

Tarix: 28 Aprel 2020 08:48

2012-də çıxan əfsanə prosessorlardan hesab edilən AMD FX-8350 alman mühəndis tərəfindən overclock edilərək 8.1 Ghz tezliyinə yüksəldildi. Overclock prosesi prosessora gələn gərginliyi və gücü artıraraq daha yüksək tezliklərə çatmağı təmin edir. Alman mühəndisi olan Roman 'der8auer' Hartung AMD şirkətinin overclock-a ən uyğun olan prosessorlarından  FX-8350 prosessoruna bunu tətbiq etdi.

8 illik köhnə AMD FX-8350 prosessoru maye azot vasitəsilə soyudularaq 8.1 Ghz-ə overclock edilə bildi.

Videoda görə biləcəyiniz kimi 8.1 Ghz-ə çatmaq üçün Roman Hartung, AMD prosessorunu -180 dərəcələrə qədər soyutmalı olur. Əslində bu bir dünya rekordu deyil. Lakin yenə də 8 illik köhnə prosessora bu prosesi tətbiq edərək bu qədər yüksək tezliklərə çatmaq da təqdirə layiq bir işdir. AMD-nin FX seriyasına aid prosessorlar əslində çox zəif, çox güc istifadə edən və istifadəçilərin sevmədiyi prosessorlar idi. Zamanla şirkət səhvlərini düzəldərək Zen arxitekturasına keçid etdi və bu gün çox satılan Ryzen prosessorlarını istehsal edə bildi.

Qeyd edək ki, Roman 'der8auer' Hartung adlı mühəndis həm də prosessorlar üçün ən keyfiyyətli termopastaları istehsal edən Thermal Grizzly şirkətinin Conductonaut adlı maye termal pastasının ixtiraçısıdır. Əgər isinən notbukunuz varsa biz Thermal Grizzly Kyronaut termal pastasını məsləhət görərdik.


Etiketlər:  8350 prosessoru overclock edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ