Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müvəkkilin nümayəndələri “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbirində iştirak edib (FOTO)

Müvəkkilin nümayəndələri “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbirində iştirak edib (FOTO)

Tarix: 4 Iyun 2019 02:44

Bakı. Trend:

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bilgəh qəsəbəsi 142 saylı tam orta məktəbdə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova və aparatın əməkdaşları, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndələri Lamiyə Zeynalova və Vəfa Verdiyeva, həmçinin Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, məktəbin direktoru, müəllimlər, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdilər.

Ombudsman Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi L.Zeynalova çıxış edərək vurğulayıb ki, Müvəkkil Elmira Süleymanova gender bərabərliyinin təmin olunması məsələsinə mühüm diqqət yetirir. Əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirilir. Bununla yanaşı məişət zorakılığı, erkən evlilik və təhsildən yayınma kimi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti diqqətə çatdırılıb.

Sonda “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müvəkkilin nümayəndələri Gender zorakılığı cəmiyyətimizin faciəsi adlı layihənin növbəti tədbirində iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ