Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 21:52
Feysbuk Amerika seçkiləri ilə bağlı başqa ölkələrdən yayılan yalan xəbərlərin qarşısını almaq üçün onların hansı ölkədən edildiyini göstərəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunun üçün paylaşımlara xüsusi etiketlər yerləşdiriləcək. Yenilikdə məqsəd digər ölkələrin Amerika siyasətinə müdaxiləsinin qarşısını almaqdır. Yeniliyə görə, siyasi paylaşım edənlərin hansı ölkədə olması ilə yanaşı, onunla bağlı bir neçə fərdi məlumatlar da görünəcək.
Qeyd edək ki, siyasi təhlükəsizliyi daim diqqətdə saxlayan Feysbuk keçən il İran və Rusiyadan Amerikaya qarşı yönləndirilən xeyli hesabı silmişdi.