Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həkimə getdim ki, piylərimi kəsdirim" - Mətanət İsgəndərli

Tarix: 29 Aprel 2020 20:00

"Ülkərin qorxusundan tərəziyə çıxmıram. Özüm də qorxurm. Çıxsam, depressiyaya düşəcəm".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ən yaxşısı" verilişində deyib. Son günlər artıq çəkidən əziyyət çəkən müğənni plastik əməliyyat etdirmək istəyindən danışıb:

"Getdim həkimə ki, piylərimi kəsdirim. Mədə əməliyyatına getmərəm. Bədən korreksiyası etmək istəyirəm. Həkim də dedi gəl, nə lazımdır edəcəyik. Gəldim evə, qızımın xəbəri yoxdur. Bilsə, məni öldürəcək. Deyir ki, pəhrizlə arıqla.

Bir dəfə pəhrizlə 35 kiloqram çəki atmışam. 57 kiloqram olduğum an olub. Qızımın paltarını geyinirdim. Bir də həkim dedi ki, yayda etmək olmaz, karset geyindirirlər, ürəyin partlayar.

Ümumiyyətlə xanımlara demək istəyirəm ki, indi pəhriz saxlamasınlar. Arıqlayanda immunitetim düşür. Koronavirus bitsin, arıqlayarıq".

Milli.Az


Etiketlər:  Həkimə getdim ki piylərimi kəsdirim Mətanət İsgəndərli


RƏYLƏR