Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 08:12
"Qualcomm" şirkəti nisbətən ucuz qurğular üçün yeni "Quick Charge 3 " sürətli enerjidoldurma texnologiyasını təqdim edib. Bu enerjidoldurma növü ilə təchiz edilən ilk qurğu aprelin 27-də Çində nümayiş olunan "Xiaomi Mi 10 Lite Zoom" (digər adı Xiaomi Mi 10 Youth) smartfonu olub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, əvvəlki nəsil texnologiya ilə müqayisədə "Quick Charge 3 " 35 faiz daha sürətlidir. "Qualcomm" nümayəndələrinin sözlərinə görə, yeni texnologiya 15 dəqiqəyə smartfonun batareyasını 50 faiz enerji ilə doldurmağa imkan verir. O, sürətə görə mövcud "Quick Charge 4 " texnologiyası ilə eynilik təşkil edir. Bundan başqa, yeni texnologiya yüksək effektivlik səviyyəsi təqdim edir ki, bu da enerji ilə doldurma zamanı batareyanın qızma səviyyəsinin 9°C azalmasına təsir göstərir.
Enerji qurğusunda "USB-C" portunun mövcudluğunu tələb edən "Quick Charge 4 " texnologiyasından fərqli olaraq yeni "Quick Charge 3 " sürətli enerjidoldurmanı daha ucuz "USB-A" çıxışı vasitəsilə təmin edə bilir. Texnologiya 20 mV addımlı genişlənən gərginliyi dəstəkləyən bütün aksesuarların "USB-A" və "USB-C2 portları və enerjidoldurma kabelləri ilə işləyir. Bundan əlavə, "Quick Charge 2.0/3.0" texnologiyalarını dəstəkləyən qurğularla əks-uyğunluq təklif olunur.
"Quick Charge 3 " əvvəlcə orta sinifli "Snapdragon 765" və "765G" prosessorlarına quraşdırılacaq. Texnologiyanı, həmçinin bu il nümayişi gözlənilən gələcək "Qualcomm" mobil platformaları dəstəkləyəcək.