Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iOS 14 üçün Android tərzində hazırlanan konsept dizayn çox bəyənildi

iOS 14 üçün Android tərzində hazırlanan konsept dizayn çox bəyənildi

Tarix: 30 Aprel 2020 08:32

Apple şirkəti iyun ayında ənənəvi Worldwide Developers Conference tədbirini keçirdəcək və bu tədbirdə iOS 14 əməliyyat sisteminin təqdim olunması gözlənilir. Apple smartfonlara sentyabr ayında gəlməsi planlanan iOS 14 üçün the Hacker 34 adlı youtuber möhtəşəm bir konsept dizayn hazırladı. Konsept dizaynda önə çıxan yeniliklərdən biri iOS 14 ilə birliktə gələn yeni Widget dəstəyi oldu.

iOS 14 konsept dizaynı Android tərzində bölünmüş ekran, Picture-in-Picture modu və s. kimi bir çox yeniliklərə malikdir.

Qeyd edək ki, bu yeniliklər Android əməliyyat sistemində mövcuddur. Lakin iOS ƏS-inə gəlməsi də istifadəçiləri bir xeyli sevindirərdi. Təkrar qeyd edək ki, iOS 14 İyunda təqdim olunsa da Apple smartfonlarına Sentyabr ayında gələcəkdir.


Etiketlər:  üçün Android tərzində hazırlanan konsept dizayn çox bəyənildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ