Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 10:18
Bakı. Trend:
Bakıda avtomobil qəzası nəticəsində qaz avadanlıqları sıradan çıxıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, aprelin 30-da səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı Hyundai markalı avtomobillə vurularaq yararsız hala salınıb.
Qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb.
Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün Birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb.