Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki və daha çox avtomobili olan 19 200 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

İki və daha çox avtomobili olan 19 200 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib

Tarix: 30 Aprel 2020 13:12

Bakı. Trend:

İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub.

Bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında onlardan 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunub.

Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.

Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur. Hazırda da müraciətlərə baxılması prosesi davam edir.


Etiketlər:  İki daha çox avtomobili olan şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ