Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ

Tarix: 1 May 2020 17:12

Bakı. Trend:

Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumata görə, Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bu qərara uyğun olaraq Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.

01 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur.


Etiketlər:  Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ