Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 08:24
"Samsung" şirkəti növbəti nəsil smartfonları üçün 250 mp-lik yeni "ISOCELL" sensorunu hazırlamağa başlayıb. Bu haqda "SamMobile" nəşri yazıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "SamMobile" nəşrinin məlumatına görə, Cənubi Koreya şirkəti 150 mp-lik "ISOCELL" sensorlarının istehsalını başa çatdırıb və 250 mp-lik kamera hazırlamağa başlayıb. Şayiələrə görə, belə kameralarda sensorun ölçüsü təxminən 1 düym təşkil edəcək. Hələ ki "Samsung"un bu ölçüdə sensoru smartfona necə quraşdıracağı bilinmir, çünki bu, smartfonların qalınlığının artmasına səbəb olacaq. Müqayisə üçün, 108 mp-lik kameranın sensorunun ölçüsü 1/1,33 düymdür.
250 mp-lik kamera ilə təchiz edilmiş smartfonlar yalnız gələn il təqdim olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl "Samsung" şirkəti yaxın gələcəkdə 600 mp-lik kameranın hazırlanması üzrə planını açıqlamışdı.