Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 17:04
“Başakşəhər”dən ayrıldıqdan sonra komandasız qalan Arda Turan gələcəyi haqda danışıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Qalatasaray"a qayıtmaq istədiyini deyib:
"Əvvəlcə ikinci uşağımı qucağıma almağı gözləyirəm. Sonra ailəmlə danışıb, bir qərar vermək istəyirəm. Hər zaman söylədiyim kimi "Qalatasaray" məni yetişdirən klub, mənim evimdir. Hər zaman ilk seçimim "Qalatasaray"da oynamaq, karyeramı burada bitirməkdir".
Qeyd edək ki, Arda Turan müqavilə ilə "Barselona"ya məxsusdur. Onun Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır.