Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynin gücü ilə əlil arabasından qalxıb gəzən insan- İflicə qarşı Erikson metodu

Beynin gücü ilə əlil arabasından qalxıb gəzən insan-  İflicə qarşı Erikson metodu

Tarix: 2 May 2020 20:27

Erikson Milton tarixə fikrin, iradənin gücü ilə iflicə və şikəstliyə qalib gələn insan kimi düşüb.

O, ABŞ-da kasıb ailədə doğulmuşdu. Uşaqlıqda yaşıdlarından əqli baxımdan geri qalırdı: 5 yaşına kimi danışmamışdı, rəngləri ayırd edə bilmirdi, kəkələyirdi və oxuya bilmirdi.

17 yaşı olanda ağır infeksion xəstəlik olan polimielit səbəbindən bütün bədəni iflic oldu, onurğa sinirləri öldü və o, əlil arabasına məhkum oldu. Günün çoxunu ya yataqda, ya da çarpayının yanında qoyulmuş yelləncək kresloda keçirirdi.
Bir gün bu kresloda 3 saat oturduqdan sonra ailə üzvlərini səsləsə də heç kim hay vermədi. Görünür, ata-anası harasa getmişdi və onu çarpayıya qoymağı unutmuşdular.

O, həyəcandan gərildi və kreslonu yellətdi. Özü sərbəst olaraq bu kreslonu hərəjət etdirə bilməzdi. Amma fakt bu idi ki, kreslo yelləndi. Erikson kreslonu beyni və fikri ilə hərəkət etdirdiyini fərqinə vardı. O zaman Milton kreslonun daha çox və güclü yellənməsini beynində canlandırdı, həqiqətən də elə oldu, kreslo möhjəm yırğalanmağa başladı. Heyif ki, evdə bunu görən olmadı.

Milton ideamotor hərəkətin varlığını özü üçün kəşf etdi. Bu zaman sinir uclarında impulslar o hərəkət barədə beyində fikir yaranan kimi əmələ gəlir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Erikson öz üzərində işləməyə başladı. Günlərlə əlil olmamışdan əvvəl etdiyi qaçmaq, üzmək, tullanmaq, nəsə qaldırmaq kimi hərəkətləri xatırlayıb, onları hiss etməyə və bütün fikrini bir hərəkətdə fokuslayıb, onları canlandırmağa və həmin hərəkətin impulslarını ötürməyə başladı. Aylar ərzində bu, onda alındı və Milton ayağa qalxdı. O, bütün Amerikanı heyrətə gətirdi. Bütün hərəkətini, sinir ötürücülüyünü bərpa edərək, hətta bir neçə ildən sonra su kanalı ilə üzərək bir neçə ştatı keçdi.

Eriksonun özündə tətbiq etdiyi bu metod psixoterapiyada yeni istiqamət və metodika açdı, onu Erikson hipnozu adlandırdılar.

Medicina.az xəbər verir ki, sonradan Milton tibbi təhsil alaraq, XX əsrin ən dahi psixoterapevtlərindən birinə çevrilir. Onun metodu onlarla insanı əlillkdən xilas edib.

"Erikson hipnozu klassik hipnozdan fərqlənir. Terapevt seans zamanı xəstəyə göstəriş,əmr və təlimat vermir, sadəcə ona xüsusi trans vəziyyətə daxil olmağa kömək edir. Bu vəziyyətdə xəstə öz diqqətini xarici aləmdən ayırıb daxilinə fokuslayır, bir müddət ətraf reallıqdan təcrid olub, beynində hərəkətlər və hissələri canlandırır".

Erikson trans vəziyyəti müalicəsi hesab edir. İnsan trans halında olanda ona müəyyən psixoloji yardımı və texnikaları tətbiq etsək, onun effekti maksimal artır. Yalnız trans vəziyyətində real həyatda mümkünsüz və qeyri-real görünənlər mümkün və əlçatan görünür.

Transdan çıxdıqdan sonra beyindəki pozitiv dəyişikliklər uzun müddət qorunur və insana real təsir edir. Bu, reallıqda çatışmayanları həll etmək və reallığı istəyinə uyğun idarə etmək üçün ən güclü alətdir.


Etiketlər:  Beynin gücü ilə əlil arabasından qalxıb gəzən insan İflicə qarşı Erikson metodu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ