Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 09:12
Bakı. Trend:
Tayvanda 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə ölkənin mərkəzi metereoloji idarəsi xəbər verib.
Məlumata əsasən, yeraltı təkalar yerli vaxtla saat 11:24-də (07:24 GMT+4) qeydə alınıb və adanın bir çox bölgəsində hiss olunub. Zəlzələnin episentri Taydun şəhərindən 70,7 kilometr şimal-şərqdə 40,4 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar, habelə sunami təhlükəsi barədə məlumat verilməyib.
Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası Şərqi Asiyanın seysmik aktiv zonasında yerləşir.