Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 06:30
Bakı. Trend:
Güclü fırtına ABŞ-ın Tenessi ştatında 100 mindən çox istehlakçını elektriksiz qoyub.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli "Nashville Electric" enerji şirkəti saytında xəbər yayıb.
Bildirilir ki, bərpa işləri iki həftə çəkə bilər. Ştatda baş verən fırtınalar şirkətin tarixində ən böyük elektrik kəsilməsinə səbəb olub. Hazırda 400 mindən çox istehlakçının 130 mininə elektrik enerjisinin verilməsi bərpa edilib. Koronavirus ilə bağlı məhdudiyyətlər zədələnmiş elektrik xətlərini təmir etmək üçün kifayət qədər işçi ayırmağı çətinləşdirir.
"Bərpa işləri fərdi vəziyyətlərdən asılıdır. Bəzi yerlərdə elektrikin kəsilməsi bir və ya iki həftə davam edə bilər", - "Nashville Electric"in məlumatında deyilir.