Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 19:16
Bakı. Trend:
Türkiyənin aparıcı klublarından olan "Fənərbağça" məşqlərini bərpa edib.
Trend-in məlumatına görə, heyətin üzvləri karantin rejimində 45 günlük məcburi istirahətdən sonra superliqanın qalan oyunlarına hazırlığı öz təlim-məşq bazasında davam etdirməyə başlayıb. Sosial təcrid məsafəsi və təhlükəsizlik qaydalarına ciddi riayət edən komanda ilk məşqləri 4 nəfərlik qruplar şəklində keçirib.
Hazırlıq prosesinə "Fənərbağça"nın sabiq qapıçısı Volkan Dəmirəl, habelə dörd ildən sonra yenidən komandaya qayıdan yarımmüdafiəçi Emre Belözoğlu rəhbərlik edib.