Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nokia şirkəti bu ilin ilk rübündə əldə etdiyi qazancı açıqladı

Nokia şirkəti bu ilin ilk rübündə əldə etdiyi qazancı açıqladı

Tarix: 5 May 2020 20:20

Finlandiyaya məxsus Nokia şirkəti bu ilin birinci rübündə 4,913 milyard avro gəlir əldə edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır. Ötən ilin ilk üç ayında şirkətin 5,032 milyard avro qazancı olmuşdu.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şəbəkə avadanlığı seqmentində 5% azalma (məzənnə dəyişikliyi nəzərə alınmaqla 6%) qeydə alınıb.

Bununla yanaşı, il ərzində digər iş sahələrində də gəlirlər azalıb. İlin ilk rübündə Nokia əməliyyat prosesindən 76 milyon avro zərər və 100 milyon avro xalis zərər ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, bir il əvvəl əməliyyat zərərləri 542 milyon avro, xalis zərər isə 442 milyon avro idi.


Etiketlər:  Nokia şirkəti ilin rübündə əldə etdiyi qazancı açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ