Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada pilotlara artılımış virtual reallıq yerləşdirilmiş dəbilqə veriləcək

Rusiyada pilotlara artılımış virtual reallıq yerləşdirilmiş dəbilqə veriləcək

Tarix: 5 May 2020 22:12

Rusiyanın MiG-29KR/KUBR qırıcılarının pilotlarına artılımış virtual reallıq yerləşdirilmiş dəbilqə veriləcək. Dəbilqə vasitəsilə onlar uçuş və taktiki məlumatlar, həmçinin uçuş yolu haqqında informasiya alacaqlar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, artılımış reallıq sistemi "НСЦИ-КОС" adlanır.

Hazırda sistem üzərində iş aparılır. Hərbçilər təyyarənin hündürlüyü, sürəti, gedişatı və yükləmə barədə dəbilqə vasitəsilə məlumat alacaqlar. Daha dəqiq desək, pilot eyni anda, həm real mənzərəni, həm də kompüterdə yaradılan görüntünü görəcək.

Artılımış virtual reallıq kritik vəziyyətdə pilota diqqətini alətlərə, paneldəki göstəricilərə toplamağa kömək edəcək. Bundan əlavə, döyüş zamanı sistemdə hədəflərin mövqeyi, istifadə olunan silah növü və mövcud döyüş sursatları haqqında məlumatlar göstəriləcək. Pilota qəza təhlükəsi barədə də xəbərdarlıq ediləcək.


Etiketlər:  Rusiyada pilotlara artılımış virtual reallıq yerləşdirilmiş dəbilqə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ