Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “Huawei MatePad” planşeti buraxılacaq

Yeni “Huawei MatePad” planşeti buraxılacaq

Tarix: 7 May 2020 07:32

Çinin "Huawei" şirkəti "MatePad" seriyalı yeni planşet kompüterin buraxılışına hazırlaşır. Qurğunun təsvirləri Çin Əqli Mülkiyyət İşləri üzrə Dövlət İdarəsinin (CNIPA) bazasında dərc olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qurğu patent təsvirlərində bütün tərəflərdən göstərilib. Korpusun yuxarı və aşağı hissəsində dinamiklərin yerləşdiyi görünür. Bundan başqa, aşağıda "USB Type-C" simmetrik portu quraşdırılıb.

Arxa kamera işıqlandırıcıya malik tək modul şəklində hazırlanıb. Qurğu iki variantda - arxa panelli adi monoton və arxası boz rəngli bəzəkli çalarlarda nümayiş olunub. Yan tərəflərdən birində fiziki idarəetmə düymələri quraşdırılıb.

Ucuz qurğular sinfinə aid olacaq planşetin "Wi-Fi/LTE" və yalnız "Wi-Fi" dəstəkli versiyalarda buraxılacağı gözlənilir. Rəsmi təqdimat yaxın vaxtlara planlaşdırılır.

Qeyd edək ki, "IDC" analitik şirkətinin statistikasina görə, bu ilin birinci rübündə dünyada planşetlərin tədarük həcmi 24,6 milyon ədəd təşkil edib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,1 azdır. "Huawei" 12,0 faiz payla aparıcı istehsalçılar siyahısında üçüncü (Apple və Samsung şirkətlərindən sonra) yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Yeni Huawei MatePad planşeti buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ