Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikada ilk dəfə nəhəng arılar göründü

Amerikada ilk dəfə nəhəng arılar göründü

Tarix: 7 May 2020 23:52

Koronavirus epidemiyasının davam etdiyi müddətdə, ABŞ-da nəhəng arılar görünməyə başlandı. Rəsmi olaraq Asiyanın nəhəng eşşək arısı ya da Vespa mandarinia adı verilən arılar, Vaşinqton ştatının əkinçilik təşkilatı tərəfindən verilən məlumatlara görə ABŞ-da ilk dəfə Vaşinqtonda görünməyə başladı. 5 sm boyunda olan bu eşşək arıları ilk dəfə, dekabr ayında Vaşinqtonda görünməyə başladı. WSU Entolomoji şöbəsinin arı yetişdiricisi Susan Kobey bu barədə belə deyib: "Bu arılar sanki xətt filmdən atılmış, nəhəng canavarlara bənzəyir". Adətən insanlara və ya heyvanlara qarşı təcavüzkar olmayan bu arılar, öldürücü ola bilər. 2013-cü ilin iyul və oktyabr ayları arasında eşşək arısı mövsümündə, Şaanxi əyalətində 1600 adamın yaralanmasına və 41 adamın ölümünə səbəb oldular. Elm insanları, xalqı bu arılara qarşı çox diqqətli olmaları mövzusunda xəbərdar edir. WSDA bütün veb səhifəsində nəhəng eşşək arılarına qarşı xəbərdar edərək, arılara qarşı necə davranılması lazım olduğunu və tutma təlimatlarını göstərir. WSDA saytında qırmızı rənglə yazılmış bir xəbərdarlıq afişası hadisənin ciddiliyini göstərir. Asiya eşşək arısının iynəsi, normal arıların iynələrindən çox daha böyükdür və normal arılardan çox daha zəhərlidirlər.


Etiketlər:  Amerikada dəfə nəhəng arılar göründü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ